Aygün Bəşirova

İcraçı direktorun müavini


Aygün Bəşirova

Aygün Bəşirova 1984-cü ildə anadan olub.

2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsini Dövlət hüququ ixtisaslaşması üzrə bitirib.

Əmək fəaliyyətinə 2007-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində başlayıb, 2017-ci ildən isə həmin baş idarənin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda o, Ədliyyə Nazirliyi Apellyasiya Şurasının üzvü olub.

2019-cu ildən 2023-cü ilədək Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsinin eksperti qismində fəaliyyət göstərib.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

15 fevral 2023-cü il tarixdən Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində İcraçı direktorun müavini vəzifəsinə təyin edilmişdir.

İngilis, rus və türk dillərini bilir.

Ailəlidir, üç övladı var.