Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi təcrübə proqramı elan edir

img
06-10-2023

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs tərəfindən normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində praktiki biliklərə yiyələnmək istəyən hüquqşünaslar üçün təcrübə proqramı elan edilir.

 

Təcrübəçi hüquqşünaslar üçün yerlərin sayı:

Proqram çərçivəsində 3 təcrübəçi hüquqşünasın seçilməsi nəzərdə tutulur

 

Təcrübə proqramının müddəti:

  • 2 ay (həftə içi 5 gün)
  • tələbələr üçün yarım iş günü rejimi nəzərdə tutulur

 

Təcrübəçi hüquqşünaslar nə öyrənəcək?

  • Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin işi və normayaratma fəaliyyəti ilə tanışlıq
  • Hüquqi akt layihələrinin hazırlanması mərhələləri
  • Normayaratma texnikası
  • Hüquqi ekspertiza qaydaları

 

Kimlər müraciət edə bilər?

  • Ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə 3-cü və 4-cü kurs bakalavr və ya magistratura pilləsində təhsil alan tələbələr
  • Yeni məzun olmuş hüquqşünaslar

 

Necə müraciət edilməli?

Təcrübə proqramında iştirak etmək istəyən şəxslər öz müraciətlərini aşağıdakı sənədləri əlavə etməklə 27.11.2023-cü il tarixədək office@heqt.gov.az elektron poçt ünvanına göndərə bilərlər:

  • Tərcümeyi-hal (CV)
  • Tələbə olmasını təsdiq edən arayış və ya tələbə biletinin surəti (tələbələr üçün)
  • Diplomun surəti (yeni məzun olmuş hüquqşünaslar üçün)
  • Azərbaycan Respublikasının qanunvericiliyində mövcud problem və boşluqların aradan qaldırılması (həlli yolları) ilə bağlı təklifləri əks etdirən məqalə (məqalədə yalnız bir problemli məsələ seçilərək onun həlli yolları təsvir edilməlidir, max: 600 söz)

Müraciət edən şəxslər arasından yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər.

Təcrübə proqramını uğurla bitirmiş şəxslər sertifikatla təltif olunacaqlar.