“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun növbəti iclası keçirilib

30-04-2024 | 10:00 294

 “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupun üzvlərinin və maraqlı tərəflərin (Mülki Məcəllənin 1 və 2-ci fəsillərini tətbiq edən və ya belə tətbiqə məruz qalan subyektlərin) 29.04.2024-cü il tarixində video-konfrans formatında növbəti iclası keçirilib.

İclasda Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, işçi qrupun rəhbərliyi və üzvləri, həmçinin maraqlı tərəflərin nümayəndələri iştirak edib.

İclası giriş sözü ilə açan Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev işçi qrupun yaradılmasının və fəaliyyətinin, o cümlədən iqtisadi sahədə münasibətləri tənzimləyən başlıca və ən əsas qanunvericilik aktı olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra işçi qrupun rəhbəri,  Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov 2024-cü ilin I rübündə işçi qrup tərəfindən görülən işlər və yaxın müddətdə gözlənilən tədbirlər barədə məlumat verib.

İclasın gedişatında Konsepsiya sənədinin Mülki Məcəllənin 1 və 2-ci fəsilləri üzrə hissələri iclas iştirakçılarına təqdim edilib, sənədlə əlaqədar iştirakçıların təklifləri müzakirə edilib və sualları cavablandırılıb.