Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində “Beynəlxalq müqavilələr haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin növbəti müzakirəsi keçirilib

17-04-2024 | 09:30 722

Cari ilin 16 aprel tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində “Beynəlxalq müqavilələr haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi məqsədilə növbəti görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər və Ədliyyə nazirliklərinin nümayəndələri və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşları iştirak etmişdir.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov ilk əvvəl Qanun layihəsi üzrə müzakirə edilməli əsas məsələləri görüşdə iştirak edənlərin diqqətinə çatdırmışdır.

Daha sonra qeyd olunan məsələlər ilə əlaqədar iştirakçılarla müzakirələr aparılmışdır.

Yekunda Qanun layihəsinin müzakirəsinin davam etdirilməsi və iştirakçıların Qanun layihəsinə dair əlavə rəy və təkliflərinin təqdim edilməsi qərara alınmışdır.