Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddələri baxımından "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2 və 29.5-ci maddələrinin şərh edilməsinə dair qərar qəbul edib

22 апреля 2024 | 22:10 66

Cari ilin 16 aprel tarixində Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi baxımından "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2 və 29.5-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxaraq qərar qəbul edib.

Qərarın qəbulu zamanı iş üzrə maraqlı subyektlərin, aidiyyəti qurumların mülahizələri, ekspert rəyləri araşdırılıb. Eyni zamanda Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən də baxılan məsələ ilə bağlı yazılı mülahizə təqdim edilib.

Qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin və “Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin hüquqi məzmunu baxımından “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin üçüncü hissəsinin “məhkəmə hakimiyyəti orqanlarında qulluq keçən şəxslər” müddəası məhkəmə hakimiyyəti sisteminə aid olan orqanlar daxilində oxşar hüquqi vəziyyətdə  olan prokurorluq orqanlarında çalışan xüsusi və ya hərbi rütbəsi olmayan şəxsləri də ehtiva edir.