Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı “Miqrasiya, suverenlik və konstitusion hüquqlar” mövzusunda keçirilən konfransda iştirak edib
Cari ilin 18 dekabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Xüsusi hüququn ekspertizası şöbəsinin aparıcı mütəxəssisi Kamran Dadaşsoy Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) tərəfdaşlığı ilə “Miqrasiya, suverenlik və konstitusion hüquqlar” mövzusunda keçirilən konfransda iştirak edib.
Tədbir konstitusion hüquqların qorunması vasitəsilə dövlətin suveren hüquqlarının praktiki təzahürü olan miqrasiya idarəçiliyində milli maraqlar və insan hüquqları arasında tarazlığın təmin edilməsi yolları ətrafında fikir mübadiləsinin aparılması məqsədilə panel müzakirə formatında təşkil olunub. Panel müzakirə BMqT-nin region üzrə koordinasiya funksiyalarına malik ölkə ofisinin rəhbəri Lars Yohan Lönnbakın moderatorluğu ilə keçirilib.
Tədbirin sonunda Azərbaycanda yaşayan miqrant Nik Nvolisanın Qarabağ və Azərbaycanın suverenliyinin bərpası ilə bağlı təəssüratlarını əks etdirən “Mənim Qarabağa səfərim” (“My Trip to Karabakh”) adlı kitabı videobağlantı vasitəsilə təqdim olunub.