Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşlarına “Soft skills” proqramının keçirilməsinə başlanılıb

14 января 2026 | 11:14 613

Cari ilin 12 yanvar tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşları üçün gündəlik fəaliyyətlərdə daha effektiv və məqsədyönlü fəaliyyətin təşviqi məqsədilə “Soft skills” (Yumşaq bacarıqlar) proqramının keçirilməsinə başlanılıb. Təlimdə Mərkəzin əməkdaşları ilə yanaşı, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları da iştirak ediblər.

Human Development Center (HDC) tərəfindən həyata keçirilən proqramın ilk günündə HDC-nin direktoru və təlimçi Toğrul Ələkbərov iştirakçılara proqramın məqsədi, mərhələləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verib.

İnteraktiv formatda təşkil olunan təlim çərçivəsində iştirakçılar müasir əmək bazarının tələbləri, son illərdə ön plana çıxan bacarıqlar və bu bacarıqlara malik olmağın üstünlükləri ilə tanış olublar. Praktiki tapşırıqlar vasitəsilə iştirakçılar özlərini fərqləndirən əsas bacarıqları müəyyənləşdirib, komanda işi çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, proqram çərçivəsində əməkdaşlar özünütanıma, komanda işində düşüncə tərzi, komandada işləmək bacarıqları, emosional intellekt, tənqidi təfəkkür, iş mühitində effektiv sual vermə və qərarvermə bacarıqları üzrə nəzəri və praktik biliklər əldə edəcəklər.