Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təşkil olunan növbəti təcrübə proqramı başa çatıb
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində praktiki bilik və bacarıqların artırılması məqsədilə hüquq fakültəsinin tələbələri üçün nəzərdə tutulan təcrübə proqramının növbəti mərhələsi uğurla başa çatıb.
Təcrübə proqramı çərçivəsində Bakı Dövlət Universitetinin “SABAH” qruplarının IV kurs tələbəsi Həcər Məlikova Mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, hüquqi akt layihələrinin hazırlanması, normayaratma texnikasının əsasları və hüquqi ekspertizanın aparılması qaydaları üzrə praktiki biliklərə yiyələnib. Eyni zamanda müxtəlif hüquqi məsələlərin araşdırılması və təhlili, eləcə də müvafiq sənədlərin hazırlanması prosesində fəal iştirak edib.
Təcrübə proqramını uğurla başa vuran təcrübəçiyə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini Kamalə Paşayeva tərəfindən sertifikat təqdim olunub.