Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru və Publik hüququn ekspertizası şöbəsinin müdiri Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsinə dair tədqiqat və “Uşaq hüquqları” kitabının təqdimat mərasimində iştirak edib
Cari ilin 10 iyun tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov və Publik hüququn ekspertizası şöbəsinin müdiri Ofelya Bayramlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanan Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsinə dair tədqiqatın və “Uşaq hüquqları” kitabının təqdimat mərasimində iştirak edib.
Samir Mahmudov çıxışı zamanı uşaqlarda hüquq anlayışının erkən yaşlardan formalaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, bu prosesdə ailənin, xüsusilə valideynlərin roluna diqqət çəkib. Eyni zamanda hüquqi maarifləndirmənin genişləndirilməsinin vacibliyini qeyd edən İcraçı direktor bu istiqamətdə həyata keçirilən təşəbbüs və kampaniyaların əhəmiyyətindən danışıb, təqdim olunan tədqiqat işi və kitabı mühüm elmi mənbə kimi qiymətləndirib.
Tədbir çərçivəsində səsləndirilən fikirlər uşaqların hüquqi biliklərinin artırılması, hüquq şüurunun formalaşdırılması və bu istiqamətdə dövlət, ictimaiyyət və aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bir daha ön plana çıxarıb.
Tədbir müzakirələrlə davam edib.