Mərkəzin əməkdaşı “Müsəlman hüququ” kitabının təqdimatında iştirak edib

02 ноября 2026 | 17:48 214

Cari ilin 2 noyabr tarixində Mərkəzin Publik hüququn ekspertizası şöbəsinin baş mütəxəssisi Əsmər Allahverdiyeva Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Müsəlman hüququ” (Orta çağlarda İslam Şərqində hüquq, hüquqi təlimlər və siyasi hərəkatlar) adlı dərs vəsaitinin təqdimat mərasimində iştirak edib.

Təqdimat zamanı nəşrin müsəlman hüququnun tarixi inkişaf mərhələlərinin, hüquqi-mənəvi dəyərlərin, İslam hüquq düşüncəsinin formalaşması və təkamülünün, eləcə də orta əsrlər İslam Şərqindəki ictimai-siyasi proseslərin öyrənilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Çıxışlarda kitabın hüquqi irsin araşdırılması, İslam hüquq düşüncəsinin formalaşması və təkamülünün, hüquqi-mənəvi dəyərlərin, eləcə də orta əsrlər İslam Şərqinin siyasi-hüquqi tarixinin öyrənilməsi üçün əhəmiyyətli elmi və tədris mənbəyi olduğu vurğulanıb. Nəşrin ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı, hüquq tarixi, hüquqi-siyasi fikir və Şərq hüquq mədəniyyəti sahəsində araşdırmalar aparan tədqiqatçılar üçün də faydalı olacağı qeyd edilib.