Mərkəzin əməkdaşı Varşavada keçirilən beynəlxalq təlim proqramında iştirak edib
Cari ilin 22-23 oktyabr tarixlərində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin IT mütəxəssisi Anar Qocayev Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Akademiyası və Polşanın Milli Telekommunikasiya İnstitutunun (NIT) birgə təşkilatçılığı ilə Varşava şəhərində keçirilən “AI, Cybersecurity and QoS/QoE for Future Mobile Broadband” adlı beynəlxalq təlim proqramında iştirak edib.
Təlimdə 5G və 6G texnologiyalarının inkişaf perspektivləri, süni intellektin telekommunikasiya şəbəkələrində tətbiqi, kibertəhlükəsizlik, məlumatların idarə edilməsi və rəqəmsal xidmətlərin inkişafı məsələləri əhatə olunub.
Proqram çərçivəsində iştirakçılar müasir mobil rabitə texnologiyaları, şəbəkələrin optimallaşdırılması və gələcək rəqəmsal infrastrukturun texniki və tənzimləyici aspektləri üzrə bilik və təcrübə əldə ediblər.
Təlim proqramını uğurla başa vuran Anar Qocayev yekun qiymətləndirmədən keçərək Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) müvafiq sertifikatına layiq görülüb.