Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarına təlim keçirilib

09 июня 2023 | 10:00 616

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq HEQT Mərkəzi tərəfindən cari ilin 5 - 9 iyun tarixlərində 15 yerli icra hakimiyyəti orqanının hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarına hüquqi biliklərinin və təcrübələrinin artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlim keçirilmişdir.

Təlimdə normayaratma prosesində aktual problemlər, hüquqi aktların növləri və qəbul edilmə xüsusiyyətləri, hüquqi aktların kolliziyası, qanunvericilikdə boşluqlar, yerli icra hakimiyyəti orqanının qərar layihəsinin hazırlanmasına dair ümumi tələblər və onun normayaratma texnikasına uyğunluğunun təmin edilməsi, yerli icra hakimiyyəti orqanının qərar layihəsinin məcburi hüquqi ekspertizasının, o cümlədən sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi, habelə normayaratma fəaliyyətindən irəli gələn digər məsələlər barədə ətraflı məlumat verilmiş, yerli icra hakimiyyəti orqanının qərar layihəsinin hazırlanması, məcburi hüquqi ekspertizasının aparılması, nöqsan və çatışmazlıqlarının aşkar edilməsi üzrə praktik iş aparılmışdır.