Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təşkil olunan təcrübə proqramı başa çatıb

31 may 2024 | 14:00 147

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində praktiki biliklərə yiyələnmək istəyən hüquqşünaslar üçün təşkil olunmuş 2 aylıq təcrübə proqramı başa çatmışdır.

Bu müddət ərzində təcrübə proqramında iştirak edən universitet tələbələri Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin işi, hüquqi akt layihələrinin hazırlanması, normayaratma texnikası, hüquqi ekspertizanın aparılması qaydaları ilə tanış olmuş, müxtəlif məsələlərlə bağlı beynəlxalq təcrübənin araşdırılması, təhlili, habelə bəzi sənədlərin hazırlanması işinə cəlb edilmişlər.

Təcrübə proqramını uğurla başa vuran tələbələrə Mərkəzin İcraçı direktoru Samir Mahmudov tərəfindən sertifikat təqdim edilmişdir.