İcraçı direktorun müavini

Kamalə Paşayeva 1984-cü ildə anadan olub.

2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.

2010-cu ildə Bakı Dövlət Universitetinin magistr pilləsini Dövlət hüququ ixtisaslaşması üzrə fərqlənmə ilə bitirib.

2017-2021-ci illərdə Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasında doktorantura təhsili alıb.           

Əmək fəaliyyətinə 2004-cü ildən bir sıra özəl təşkilatlarda hüquqşünas vəzifəsi üzrə fəaliyyət göstərərək başlayıb. 2013-cü ildə Bakı Apellyasiya Məhkəməsində dövlət qulluğuna qəbul edilib. 2015-ci ildən dövlət qulluğunu Azərbaycan Respublikası Milli Məclisinin Aparatında davam etdirib. 2020-2025-ci illərdə həmin Aparatın Dövlət  quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri vəzifəsində çalışıb.

Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir.

1 oktyabr 2025-ci il tarixdən Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində İcraçı direktorun müavini vəzifəsinə təyin edilib.

İngilis və rus dillərini bilir.

İki övladı var.