Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin əməkdaşlarına növbəti təlimin keçirilməsinə başlanılmışdır

08 iyul 2024 | 04:00 108

Cari ilin 8 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq HEQT Mərkəzi tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarına hüquqi biliklərinin və təcrübələrinin artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində növbəti təlimin keçirilməsinə başlanılmışdır.

Qeyd edək ki, təlim 12 iyul 2024-cü il tarixinədək davam edəcəkdir.