Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının açılış mərasimində iştirak edib

13 oktyabr 2025 | 15:10 418

Cari ilin 12 oktyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini Kamalə Paşayeva Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının açılış mərasimində iştirak edib.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmiz haqqında tanıtım videoçarxının nümayişi ilə başlayıb. Daha sonra Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev tərəfindən Prezident İlham Əliyevin Assambleyanın iştirakçılarına müraciəti oxunub.

Çıxış edən rəsmilər müstəqilliyin bərpasından sonra Azərbaycanın öz məhkəmə sistemini demokratiya, qanunçuluq və ədalət prinsipləri əsasında qurmağa başlaması, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiyamızın hazırlanması, Konstitusiyada qanunun aliliyi, insan ləyaqətinin təmin edilməsi və məhkəmə hakimiyyətinin müstəqilliyinin ifadə edilməsinə diqqət çəkib. Azərbaycanda qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları arasındakı qarşılıqlı əməkdaşlıq və bunun ədalət mühakiməsinin həyata keçirilməsində oynadığı roldan danışıblar.

Daha sonra Beynəlxalq Hakimlər Assosiasiyasının "Məhkəmə müstəqilliyi mükafatı"nın təqdimetmə mərasimi keçirilib.

Tədbir bədii hissə ilə davam edib.