Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclasında iştirak edib

11 dekabr 2025 | 11:38 677

Cari ilin 9 dekabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının növbəti iclasında iştirak edib.

İclasda açılış nitqi ilə çıxış edən Şuranın sədri, Baş prokuror Kamran Əliyev Konstitusiyanın dövlətimizin suverenliyi, idarəçilik sisteminin sabitliyi və cəmiyyətin hüquqi inkişaf prinsiplərini müəyyən edən əsas sənəd olduğunu bildirib. Eyni zamanda Konstitusiyanın dövlət suverenliyinin təmin edilməsində rolu, hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatların əhəmiyyəti və hüquq-mühafizə orqanlarının fəaliyyətində əsas istiqamətlərin daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyətinə diqqət çəkib.

Tədbir zamanı prokurorluğun elmi-tədqiqat və metodiki fəaliyyətinə dair yeni nəşrlər və elektron resurslar da təqdim olunub.