Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı hüquq jurnallarına dair Monitorinq Hesabat tədbirində iştirak edib
Cari ilin 3 mart tarixində Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsinin aparıcı mütəxəssisi İsmayıl Musayev Hüquq və İnsan Haqları İnstitutunun hüquq sahəsində məqalə dərc edən jurnallara dair hazırladığı üçüncü Monitorinq Hesabatı üzrə keçirilən dəyirmi masada iştirak edib.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hazırlanan monitorinq hesabatını tədbir iştirakçılarına təqdim edib və sözügedən hesabatın hazırlanması üçün sorğunun üç ildir ki, keçirildiyini bildirib.
Məlumat üçün bildirək ki, ötən illərdə jurnalların keyfiyyət göstəricilərinin artırılması məqsədilə İnstitut tərəfindən "Hüquq sahəsində elmi məqalələrin tərtib olunmasına dair Qaydalar" hazırlanıb və son 5 ildə hüquq jurnallarında dərc edilən məqalələrin vahid axtarış bazası yaradılıb.