Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının iclasında iştirak edib

16 iyun 2026 | 18:09 31

Cari ilin 12 iyun tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsinin müdiri Nurani Rüstəmli Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının növbəti iclasında iştirak edib.

İclasda “Məhkəmələr tərəfindən mübahisələrə baxılarkən inzibati praktikada bərabər yanaşma və etimad hüququnun qorunması prinsiplərinin tətbiqi” mövzusunda müzakirələr aparılıb. Tədbir zamanı iştirakçılara 2025-ci il üzrə inzibati məhkəmələr tərəfindən etimad hüququna əsaslanılmaqla qəbul edilmiş məhkəmə aktları ilə bağlı Ali Məhkəmə tərəfindən aparılmış ümumiləşdirmənin ilkin nəticələri barədə məlumat verilib.

Ali Məhkəmənin hakimləri, inzibati orqanların nümayəndələri, vəkillər, alim və hüquqşünas ekspertlər, eləcə də ad-hoc üzvlərinin iştirak etdiyi iclasda etimadın qorunması prinsipinin mahiyyəti və tətbiqi, inzibati praktikanın anlayışı və bununla əlaqədar digər məsələlər ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların çıxışları dinlənilib.

İclasda çıxış edən Nurani Rüstəmli də müzakirə olunan məsələlərə münasibət bildirib, etimad hüququnun qorunması və inzibati praktikanın tətbiqi ilə bağlı fikirlərini bölüşüb.