Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi işə qəbulla bağlı müsabiqə elan edir

img
18 dekabr 2023

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs tərəfindən “satınalmalar üzrə mütəxəssis” vəzifəsinə işə qəbulla əlaqədar müsabiqə elan edilir.

Tələblər:

    •  ali təhsil;

    •  dövlət satınalmaları sahəsində azı 3 il iş təcrübəsi;

    • dövlət satınalmalarının vahid internet portalı ilə (https://etender.gov.az/) işləmək bacarığı;

    •  Windows əməliyyat sistemi və MS Office proqramlarından istifadə bacarığı.

 

Vəzifələr: 

    • dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq satınalmaların təşkili və keçirilməsi üzrə işlərin (satınalma komissiyasına zəruri təşkilati və texniki dəstəyin göstərilməsi, satınalmalarla bağlı bütün prosedurların, o cümlədən dəvətlərin, bildirişlərin və müqavilələrin göndərilməsinin dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilməsi, şərtlər toplusunun hazırlanması, elanların yerləşdirilməsi və s.) görülməsi;

    • satınalma planının layihəsinin hazırlanması və təsdiq olunmuş planın dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi;

    • satınalmalara dair sənədlərin tərtib olunması;

    • satınalma ilə bağlı yazışmaların aparılması;

    • qalib təchizatçı ilə bağlanılacaq müqavilələrin hazırlanması;

    • satınalmaya dair hesabatın tərtib olunması;

    • malların tədarükü (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üçün Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin cari və yarana biləcək ehtiyaclarının öyrənilməsi, tələbatlarının proqnozlaşdırılması;

    • satınalmalar sahəsində işlərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi.          

                                                                                 

Müraciət edən namizədlər arasından yalnız yuxarıda qeyd olunmuş tələblərə uyğun gələnlər müsabiqəyə dəvət olunacaqlar. 

Maraqlanan namizədlər öz anketlərini (CV) office@heqt.gov.az e-mailinə göndərə bilərlər.

Son tarix: 19.01.2024-cü il