Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi işə qəbulla bağlı müsabiqə elan edir
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs tərəfindən “satınalmalar üzrə mütəxəssis” vəzifəsinə işə qəbulla əlaqədar müsabiqə elan edilir.
Tələblər:
• ali təhsil;
• dövlət satınalmaları sahəsində azı 3 il iş təcrübəsi;
• dövlət satınalmalarının vahid internet portalı ilə (https://etender.gov.az/) işləmək bacarığı;
• Windows əməliyyat sistemi və MS Office proqramlarından istifadə bacarığı.
Vəzifələr:
• dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq satınalmaların təşkili və keçirilməsi üzrə işlərin (satınalma komissiyasına zəruri təşkilati və texniki dəstəyin göstərilməsi, satınalmalarla bağlı bütün prosedurların, o cümlədən dəvətlərin, bildirişlərin və müqavilələrin göndərilməsinin dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilməsi, şərtlər toplusunun hazırlanması, elanların yerləşdirilməsi və s.) görülməsi;
• satınalma planının layihəsinin hazırlanması və təsdiq olunmuş planın dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi;
• satınalmalara dair sənədlərin tərtib olunması;
• satınalma ilə bağlı yazışmaların aparılması;
• qalib təchizatçı ilə bağlanılacaq müqavilələrin hazırlanması;
• satınalmaya dair hesabatın tərtib olunması;
• malların tədarükü (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üçün Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin cari və yarana biləcək ehtiyaclarının öyrənilməsi, tələbatlarının proqnozlaşdırılması;
• satınalmalar sahəsində işlərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi.
Müraciət edən namizədlər arasından yalnız yuxarıda qeyd olunmuş tələblərə uyğun gələnlər müsabiqəyə dəvət olunacaqlar.
Maraqlanan namizədlər öz anketlərini (CV) office@heqt.gov.az e-mailinə göndərə bilərlər.
Son tarix: 19.01.2024-cü il