Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi “şöbə müdiri”, “baş mütəxəssis” və “aparıcı mütəxəssis” vəzifələri üzrə işə qəbul üçün MÜSABİQƏ elan edir
Namizədlərə dair tələblər:
Hüquqşünaslıq (beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi;
Hüquq sahəsində azı 3 il iş təcrübəsi;
Ən azı bir xarici dil biliyi.
Əlavə üstünlüklər:
Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;
Magistr və ona bərabər ali hüquq təhsili.
Müsabiqənin şərtləri:
Müraciət edənlər arasından elan olunmuş vəzifələrə daha uyğun gələn namizədlər müsabiqəyə dəvət olunacaqlar. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq. Yazılı imtahan sualları test və kazus formasında tərtib ediləcək.
Test sualları Azərbaycan Respublikasının aşağıdakı normativ hüquqi aktlarını əhatə edəcək:
Konstitusiya;
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu;
Mülki Məcəllə;
Mülki Prosessual Məcəllə;
Cinayət Məcəlləsi;
Cinayət Prosessual Məcəllə;
Əmək Məcəlləsi;
İnzibati Xətalar Məcəlləsi;
İnzibati Prosessual Məcəllə;
“İnzibati icraat haqqında” Qanun;
“Vətəndaşların müraciətləri haqqında” Qanun.
Kazus sualları Azərbaycan Respublikasının cinayət və mülki qanunvericiliyi üzrə tərtib ediləcək.
Müraciət qaydası:
Maraqlanan namizədlər öz CV-lərini office@heqt.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Xahiş edirik CV-lərinizi göndərərkən iddia etdiyiniz vəzifənin adını emailin “Mövzu” hissəsində qeyd edəsiniz.
Müraciət üçün son tarix: 20 oktyabr 2026