Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi “şöbə müdiri”, “baş mütəxəssis” və “aparıcı mütəxəssis” vəzifələri üzrə işə qəbul üçün MÜSABİQƏ elan edir

22 september 2026 | 17:52 340

Namizədlərə dair tələblər:

Hüquqşünaslıq (beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi;

Hüquq sahəsində azı 3 il iş təcrübəsi;

Ən azı bir xarici dil biliyi.

Əlavə üstünlüklər:

Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;

Magistr və ona bərabər ali hüquq təhsili.

Müsabiqənin şərtləri:

Müraciət edənlər arasından elan olunmuş vəzifələrə daha uyğun gələn namizədlər müsabiqəyə dəvət olunacaqlar. Müsabiqə iki mərhələdən – yazılı imtahan müsahibədən ibarət olacaq. Yazılı imtahan sualları test kazus formasında tərtib ediləcək.

Test sualları Azərbaycan Respublikasının aşağıdakı normativ hüquqi aktlarını əhatə edəcək:

Konstitusiya;

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu;

Mülki Məcəllə;

Mülki Prosessual Məcəllə;

Cinayət Məcəlləsi;

Cinayət Prosessual Məcəllə;

Əmək Məcəlləsi;

İnzibati Xətalar Məcəlləsi;

İnzibati Prosessual Məcəllə;

“İnzibati icraat haqqında” Qanun;

“Vətəndaşların müraciətləri haqqında” Qanun.

Kazus sualları Azərbaycan Respublikasının cinayət və mülki qanunvericiliyi üzrə tərtib ediləcək. 

Müraciət qaydası:

Maraqlanan namizədlər öz CV-lərini office@heqt.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Xahiş edirik CV-lərinizi göndərərkən iddia etdiyiniz vəzifənin adını emailin “Mövzu” hissəsində qeyd edəsiniz.

Müraciət üçün son tarix: 20 oktyabr 2026