Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi işə qəbulla bağlı müsabiqə elan edir
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs tərəfindən aşağıdakı vakant vəzifələr üzrə işçilərin işə qəbulu ilə bağlı müsabiqə elan edilir:
- Baş mütəxəssis
- Aparıcı mütəxəssis
Müsabiqədə iştirak etmək üçün namizədlərə aşağıdakı minimal tələblər qoyulur:
• Hüquqşünaslıq (beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi;
• Hüquq sahəsində azı 3 il iş təcrübəsi;
• Ən azı bir xarici dil biliyi.
Əlavə üstünlüklər:
• Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;
• Magistr və ya ona bərabər ali hüquq təhsili;
• İnsan hüquqlarının müdafiəsi sahəsində təcrübə.
Müraciət edən şəxslər arasından yalnız elan olunmuş vəzifələrə daha uyğun gələnlər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən - yazılı imtahan və müsahibədən ibarət olacaq. Yalnız yazılı imtahan mərhələsindən uğurla keçmiş şəxslər müsahibəyə çağırılacaq.
Maraqlanan şəxslər öz anketlərini (CV-lərini) 01.08.2023-cü il tarixədək office@heqt.gov.az elektron poçt ünvanına göndərə bilərlər.