Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşları “E-qanun.ai” platformasının təqdimat mərasimində iştirak edib
Cari ilin 25 sentyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsinin baş mütəxəssisi Ülvi Qasımzadə, Xüsusi hüququn ekspertizası şöbəsinin baş mütəxəssisi Ofelya Bayramlı və həmin şöbənin aparıcı mütəxəssisi Ziyəddin Əlizadə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn, Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən “E-qanun.ai” platformasının təqdimatında iştirak ediblər.
Tədbirdə digər qurumların nümayəndələri, hüquqşünaslar və media nümayəndələri də iştirak ediblər.
Təqdimat mərasimində iştirakçılara platformanın yaradılmasının əsas hədəf və məqsədi, onun üstünlüyü, funksionallığı və digər xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Daha sonra iştirakçıların ünvanladığı suallar əsasında platforma sınaqdan keçirilib və onun iş prinsipi izah olunub.