Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru “Azərbaycan Arbitraj Günləri 2025” beynəlxalq konfransında iştirak edib
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru “Azərbaycan Arbitraj Günləri 2025” beynəlxalq konfransında iştirak edib
Cari ilin 25 oktyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Azərbaycan Arbitraj Assosiasiyası və Bakı Arbitraj Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Arbitraj Günləri 2025” çərçivəsində keçirilən beynəlxalq konfransda iştirak edib. Sözügedən konfrans beynəlxalq arbitraj sahəsində mühüm yeniliklərin müzakirəsinə həsr olunub.
Beynəlxalq təcrübə mübadiləsini təşviq etmək, dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığı gücləndirmək, eləcə də ölkəmizdə arbitraj sahəsinin inkişafına töhfə vermək məqsədilə keçirilən tədbirdə dövlət rəsmiləri iştirak edib.