Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru hüquq tələbələri arasında keçirilən 4-cü Amerikan Parlamentar Debat Müsabiqəsinin final mərhələsində hakim qismində iştirak edib

09 december 2025 | 12:38 682

Cari ilin 6 dekabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov ADA Universitetində "ADA Hüquq Cəmiyyəti”nin ("ADA Law Society") təşkil etdiyi hüquq tələbələri arasında 4-cü Amerikan Parlamentar Debat Müsabiqəsinin final mərhələsində hakim qismində iştirak edib.

Ümumilikdə 35 komandanın iştirak etdiyi müsabiqədə iki komanda qalib gəlmək uğrunda mübarizə aparıb. Mərkəzin İcraçı direktoru Samir Mahmudov, "Altay Mustafayev Tax and Law" şirkətinin təsisçi direktoru Altay Mustafayev və ətraf-mühit hüququ üzrə ekspert Sadiqə Mehdiyevanın qiymətləndirməsinə əsasən "Momentum" komandası qalib seçilib. "Lex Superior" komandasının üzvü Rəvan Babayev isə müsabiqə ərzində göstərdiyi yüksək fərdi nəticəyə görə "Ən yaxşı natiq" mükafatı ilə təltif olunub.

Qeyd edək ki, müsabiqə qalibləri Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində təcrübə keçmək imkanı qazanıblar.