Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı cinayət cəzalarına dair yeni nəşrin təqdimat mərasimində iştirak edib

12 march 2026 | 17:12 282

Cari ilin 12 mart tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsinin müdiri Nurani Rüstəmli Hüquq və İnsan Haqları İnstitutunun Ekspert Şurasının üzvü, hüquqşünas alim Musa Hümbətovun müəllifi olduğu “Cinayət cəzaları, onların icrası, problemləri və həlli yolları” adlı kitabın təqdimat mərasimində iştirak edib.

Tədbirdə kitabın məzmunu, elmi və praktiki əhəmiyyəti, eləcə də tədqiqatın cəza hüququ sahəsində aparılan araşdırmalar üçün əhəmiyyəti barədə danışılıb. Müzakirələrin sonunda müəllif iştirakçılara təşəkkürünü bildirib, səsləndirilən fikir və təkliflərin mövzunun gələcəkdə daha geniş araşdırılmasına töhfə verəcəyini vurğulayıb.