Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi keçirilib
Cari ilin 1–2 sentyabr tarixlərində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi keçirilmişdir. Müzakirədə Paris-East Créteil Universitetinin hüquq professoru, Paris Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehtiyeva iştirak etmişdir.